İyul 07, 2018 11:12 Asia/Baku
  • İtaliya Avstriyanın sərhədlərin bağlanması üzrə qərarına qarşı çıxıb
    İtaliya Avstriyanın sərhədlərin bağlanması üzrə qərarına qarşı çıxıb

Avstriyanın miqrantların daxil olmalarını əngəlləmək üçün bu ölkənin cənub sərhədlərini bağlamağa hazır olduğunu bildirdiyi bir halda, İtaliya bu qərarı Avropa Birliyinin siyasətlərinə zidd hesab edir.

İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanezi deyib: Avstriyanın İtaliya ilə Avstriya arasındakı Bernero sərhəd keçidini bağlamaq qərarı Avropa Birliyinin siyasətlərinə ziddir və onu icra edəcək ölkə onun məsuliyyətləri və nəticələrini də qəbul etməlidir.

İtaliyanın daxili işlər naziri Matteo Salvini də bildiribdir ki, Almaniyanın daxili işlər naziri Horst Zeehofer ilə telefon söhbətində onunla qanunsuz mühacirətlər ilə mübarizə üzrə birgə həll yolları ətrafında müzakirə edibdir.

Avropa Birliyinə üzv 28 ölkənin başçıları Avropa Şurasının iclasında on üç saat çətin müzakirələrdən sonra miqrantlar məsələsi daxil olmaqla yekun bəyanat barədə razılığa gəliblər.

Teqlər