İyul 07, 2018 13:50 Asia/Baku
  • Fransanın Nant şəhərində polislə etirazçılar arasında toqquşma baş verib
    Fransanın Nant şəhərində polislə etirazçılar arasında toqquşma baş verib

Fransanın Nant şəhərində polis qüvvələri etirazçıları dağıtmaq üçün zorakılığa əl atıblar.

Yeni kobud hadisələr dünən gecə Fransanın Nant şəhərində baş verib və polis etirazçı əhali ilə toqquşubdur.

Dördüncü gecə dalbadal Nant şəhəri yeni çaxnaşma və zorakılıqların şahidi olubdur.

"Berlev və Bellevi" məhəlləsində əhali polis qüvvələrinə tərəf alovlanan butılkalar atıbdır. Məmurlar da gözyaşardıcı qaz buraxaraq, əhaliyə hücum ediblər.

Nant şəhərində bir fransız gəncin polis qüvvələrinin atəşləri ilə öldürülməsindən dörd günün keçməsinə rəğmən, polisin müdaxiləsilə zorakılığa çevrilmiş bu şəhərdəki etirazlar davam etməkdədir.

Nantda etirazlar polis qüvvələrinin bir yoxlama-buraxılış məntəqəsində Əbubəkr adlı 22 yaşlı bir gənci hədəfə alaraq öldürmələrindən sonra başlanıbdır.

Teqlər