İyul 09, 2018 09:49 Asia/Baku
  • Yaponiyada sel hadisəsində həlak olanların sayı artıb
    Yaponiyada sel hadisəsində həlak olanların sayı artıb

Yaponiya rəsmiləri bildiriblər ki, bu ölkədə baş vermiş sel hadisəsində həlak olanların sayı 82 nəfərə çatıb.

Yaponiya rəsmiləri bu ölkənin qərbində 82 nəfərin həlak olduğunu təsdiqləyərək, bildiriblər ki, səkkiz nəfərin də vəziyyəti ağırdır.

Həmçinin 60 nəfər də sel nəticəsində itkin düşübdür.

Bazar günü səhər Yaponiya rəsmiləri həlak olanların sayını 60 nəfər elan etmişdilər.

Bu məlumata görə, Yaponiyanın mərkəzi hissəsindən tutmuş cənub-qərb hissəsinədək olan 23 dairədə yaşayan 4 milyon 300 min nəfərdən öz mənzillərini boşaltmaları istənilibdir.

Teqlər