İyul 09, 2018 21:29 Asia/Baku
  • İtaliya öz limanlarını miqrantların üzünə bağlamağa çalışır
    İtaliya öz limanlarını miqrantların üzünə bağlamağa çalışır

İtaliyanın daxili işlər naziri bildirib ki, Avropa Birliynə üzv ölkələrin daxili işlər nazirlərinin Avstriyada keçiriləcək iclasında limanların miqrantların üzünə bağlanması və onların digər Avropa ölkələrinə köçürülmələri təklifi iilə çıxış edəcək.

İtaliyanın daxili işlər naziri Matteo Salvini bu gün deyib ki, ölkəsi insan alveri ilə məşğul olan gəmilərlə gətirilən və ya sərhəd nəzarət qüvvələri tərəfindən xilas edilən miqrantların digər ölkələrə köçürülmələri ilə bağlı Avropa Birliyinə üzv olan digər ölkələrdən öhdəliklər almaq ardınca olacaq.

Vəzifə əldə etdikdən sonra ifratçı siyasətlərinə görə məşhurlaşmış Salvini bir bəyanatda bildiribdir ki, bu xahiş iyulun 12-də Avropa Birliyi nazirlərinin Avstriyanın İnsburk şəhərində keçiriləcək iclasında irəli sürüləcək.

İtaliyanın yeni baş naziri Cüzeppe Konte də Avropa sərhədlərinin bağlanması siyasətinə dəstək verir və onun dövlətinin, Salvininin icrasında olduqca səy göstərdiyi proqramları bais olubdur ki, mühacirlər məsələsi Avropanın hazırda mövcud olan ən mühüm problemlərindən birinə çevrilmiş olsun.

2014-cü ildən bəri əksəriyyətini Afrika və Yaxın Şərq ölkələrinin vətəndaşları təşkil edən təqribən 650 min mühacir İtaliya sahillərinə daxil olubdur. Bu miqrantların bir çoxu İtaliyaya daxil olduqdan sonra digər Avropa ölkələrinə yollanır.

Teqlər