İyul 14, 2018 21:26 Asia/Baku
  • Londonda keçirilən anti-Tramp aksiyasında 6 nəfər həbs olunub
    Londonda keçirilən anti-Tramp aksiyasında 6 nəfər həbs olunub

London polisi bildirib ki, ABŞ prezidentinin İngiltərədə olmasına qarşı etiraz aksiyası gedişində altı nəfər həbs olunub.

London polisi ABŞ prezidentinin İngiltərədə olmasına qarşı etiraz aksiyası gedişində altı nəfəri həbs edib.

London polisi bildirib ki, həbs olunmuş şəxslər polisə hücum və ümumi asayişi pozmaq ittihamı ilə üzləşirlər.

Londonun mərkəzində keçirilən anti-Tramp aksiyasında yüz mindən çox insan iştirak edib.

Şotlandiya əhalisindən minlərlə nəfər də Trampın bu məntəqəyə səfərinə qarşı etiraz aksiyası keçirib.

Tramp Şotlandiyaya daxil olmazdan öncə cümə günü Londonda İngiltərənin baş naziri Tereza Mey ilə görüşüb.

İngilis etirazçılar 2017-ci ildə Trampın Londona səfəri xəbərinin ilk dəfə yayıldığı zaman müxtəlif kampaniyalar təşkil edərək, elan etdilər ki, ABŞ prezidentinin bu ölkəyə daxil olacağı təqdirdə, tarixin ən böyük aksiyasını keçirəcəklər.

Teqlər