İyul 16, 2018 11:25 Asia/Baku
  • Nikaraquadakı çaxnaşmların davamında on nəfər öldürülüb
    Nikaraquadakı çaxnaşmların davamında on nəfər öldürülüb

Nikaraquada müxaliflərin dövlət qüvvələri ilə toqquşmalarının davamında daha on nəfər öldürülüb.

Nikaraqua insan haqları cəmiyyəti bu gün bildirib ki, bu şəxslər bazar günü müxaliflərin Monimbo və Masaya şəhərlərində dövlət qüvvələri ilə toqquşmalarında həyatlarını itiriblər.

Nikaraqua aprel ayının ortalarından bəri müxaliflərin zorakılıqla müşayiət olunan aksiyalarının və çaxnaşmaların şahididir.

Bu çaxnaşmalarda indiyədək üç yüzdən çox adam ölüb və yaralanıbdır.

Etirazçılar Nikaraquanın prezidenti Daniel Orteqanın hakmiyyətdən kənarlaşmasını tələb edirlər.

Nikaraquada çaxnaşmalar "dövlətin sosial təminat barədəki islahatlarına etiraz" adı altında keçirilən aksiya ilə başlandı, amma dövlətin həmin islahatlara göz yummasına rəğmən, bu ölkədə iğtişaşlar bitmədi.

Nikaraquanın solçu dövləti Vaşinqtonu müxaliflərə dəstək verməkdə ittiham və bu ölkədəki son çaxnaşmaların amili kimi təqdim edibdir.

Teqlər