İyul 16, 2018 20:50 Asia/Baku
  • Tramp-Putin görüşü iki saatdan çox sürüb
    Tramp-Putin görüşü iki saatdan çox sürüb

ABŞ və Rusiya prezidentlərinin Helsinki görüşü iki saat on dəqiqə sürüb.

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında deyib ki, onların arasındakı danışıqlar sədaqətli və səmərəli olubdur. O, deyib ki, iki tərəfin bütün mövzularla bağlı mövqeləri eyni istiqamətli olmayıb. İki tərəf bütün problemləri həll edə bilməyib, amma ilk addım atılıbdır.

O, söyləyib: İki tərəfin əlaqələri çətin dövr yaşayır. Rusiya ilə Amerika arasında ixtilaflar üçün heç bir qaneedici dəlil yoxdur və soyuq müharibə başa çatıbdır.

Rusiya prezidenti deyib ki, Suriya sahəsində təsirli həmkarlıq üçün bütün şərait hazırdır.

Vladimir Putin İranın nüvə proqramı barədə isə bunları deyib: Vaşinqton Rusiyanın İranın nüvə anlaşması ilə bağlı mövqeyindən xəbərdardır. Tramp ilə görüşdə Amerikanın nüvə anlaşmasından çıxması ilə bağlı nigarançılığımızı elan etdik.

İranın nüvə anlaşması İranın nüvə proqramının dincməqsədli olmasına zəmanət verir.

Rusiya prezidenti bildirib ki, ölkəsi heç vaxt Amerika seçkilərinə qarışmayıbdır.

ABŞ prezidenti isə deyib: İki ölkə üçün həssas olan məsələlər barədə söhbət etdik. Konstruktiv və yaxşı danışıqlar apardıq.

Tramp əlavə edib: Bizi iki nüvə supergücüyük. Biz nüvə silahlarının doxsan faizinə malikik. Amma bu, yaxşı məsələ olmayıb, pis bir mövzu sayılır.

Teqlər