İyul 16, 2018 21:25 Asia/Baku
  • Aİ və Çin nüvə anlaşmasının tam icrasını vurğulayıblar
    Aİ və Çin nüvə anlaşmasının tam icrasını vurğulayıblar

Avropa İttifaqı və Çin müştərək bir bəyanatda nüvə anlaşmasının tam icrasını vurğulayıblar.

Avropa Birliyi və Çin başçılarının Pekində keçirilən iclasından sonra yayılan bu bəyanatda deyilir: Nüvə anlaşması BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2231 saylı qətnamədə təsdiq olunmuş mühüm diplomatik nailiyyət və nüvə silahlarının yayılmasını qadağan edən beynəlxalq struktur üçün əsas amildr.

Avropa Birliyi Şurasının sədri Donald Tusk Çin baş naziri Li Ketszyan ilə görüş və Avropa Birliyi və Çin başçılarının illik iclasını keçirmək məqsədilə Avropa Birliyi Komissiyasının sədri Jan Klod Yunker ilə birgə Pekinə səfər edibdir.

Avropa Şurasının sədri bu gün Çin baş naziri ilə Avropa İttifaqı-Çin əlaqələri, həmçinin Ukrayna və Şimali Koreya ilə bağlı məsələlər barədə danışıbdır.

Teqlər