İyul 16, 2018 21:26 Asia/Baku
  • İspaniya Avropa Birliyinin parçalanmasından nigarandır
    İspaniya Avropa Birliyinin parçalanmasından nigarandır

İspaniyanın xarici işlər naziri Avropa Birliyinin parçalanması təhlükəsi haqda xəbərdarlıq edib.

İspaniyanın xarici işlər naziri Alfonso Dastis deyib: Şengen razılaşması məhv olmaqdadır və miqrantlar böhranı Avropa Birliyinin parçalanması ilə nəticələnə bilər.

Şengen zonası Avropa Birliyinə üzv 22 ölkəyə, üstəgəl İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə şamil olur ki, onların vətəndaşlarının bu ölkələrə daxil olmaq üçün vizaya ehtiyacları yoxdur.

Avropa 2015-ci ildən bu qitənin müasir dövründə özünün ən pis immiqrasiya böhranını təcrübə edibdir.

Qərbin Yaxın Şərqdə və Afrikanın şimalındakı müdaxilələrindən irəli gələn zorakılıqlardan yaxa qurtarmaq məqsədilə yüz minlərlə miqrant özünü Avropaya çatdırmağa çalışır.

Avropanın şərq ölkələri ümumiyyətlə qanunsuz mühacirlərin qəbul edilmələrilə müxalifdirlər, halbuki Avropanın qərbindəki böyük ölkələr onların qəbul edilmələrinin tərəfdarıdırlar.

Teqlər