İyul 17, 2018 20:04 Asia/Baku
  • Moqerini sionist rejimin iddiasına sərt reaksiya verib

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini İsrailin daxili təhlükəsizlik nazirinə ünvanlanmış məktubda onu əsassız və anlaşılmaz iddialar irəli sürməkdə ittiham edib.

İsraildə çıxan Haaretz qəzetinin internet səhifəsində  yer alan məlumata görə, Federika Moqerini İsrailin daxili təhlükəsizlik naziri Gəlad Erdana ünvanlanmış məktubda ondan Avropa Birliyinin müstəqil təşkilatlar yolu ilə terrorizmi maliyyələşdirməsinə dair iddiasını sübut etməsini istəyib.

Moqerini İsrailin Daxili Təhlükəsizlik və Strateji Məsələlər Nazirliyinin may ayına olan hesabatına reaksiya verib.  Bu hesabat "Avropa Birliyinin müxtəlif qrumları tərəfindən terrorizm ilə əlaqələri olan və İsraili boykot edən təşkilatlara milyonlarla avro yardım edilir"  adı altında yayımlanıb.

Bu hesabatda Avropa Birliyinin 2016-cı ildə İsrail əleyhinə qlobal boykota çağırış edən "BDS" adlı cərəyanı yaymaqla məşğul olan 14 avropalı və fələstinli qeyri hökumət təşkilatına maliyyə dəstəyi göstərdiyi iddia edilib.

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi bu iddanı qəbuledilməz, məntiqsiz və fitnəkar bir iddia adlandırıb.

İsrailin boykot edilməsi sahəsində fəaliyyət göstərən BDS cərəyanı fələstinlilərin hüquqlarını müdafiə etmək üçün 2005-ci ildə öz varlığını elan edib.

Teqlər