İyul 18, 2018 08:35 Asia/Baku
  • Tramp Putin ilə görüşünü müdafiə edib
    Tramp Putin ilə görüşünü müdafiə edib

ABŞ prezidenti rusiyalı həmkarı ilə Finlandiyada baş tutan qalmaqallı görüşünü müdafiə edərək deyib: Bu görüş Vaşinqtonun NATO-dakı müttəfiqləri ilə görüşdən daha yaxşı idi.

İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp həmçinin NATO iclasında nəzərdə tutduğu nəticəyə nail olmadığını bildirərək deyib: Putin ilə görüş NATO görüşündən daha yaxşı nəticəyə malik idi amma bu barədə lazımı xəbərlər yayılmadı. 

Amerikada respublikaçı və demokrat tənqidçilər Trampı Helsinki məğlubiyyətindən sonra Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərində iddia olunan müdaxiləsi barədə Putini cavabdeh olmağa məcbur etməkdə məğlubiyyətə uğramaqda eləcə də Amerikanın təhlükəsizlik rəsmilərinin imicinə xələl gətirməkdə ittiham edirlər. 

Buna baxmayaraq Tramp özünü müdafiə üçün Amerikanın kəşfiyyat orqanlarının Rusiyanın ABŞ seçkilərini hak etməsinə dair məlumatlarını rədd edib. 

ABŞ prezidenti bu çıxışına qarşı kəskin reaksiyalardan bir neçə saat sonra deyib: Mən Amerikanın kəşfiyyat aparatlarına tam inanıram və onları dəstəkləyirəm. 

Teqlər