İyul 18, 2018 18:13 Asia/Baku
  • Gürcüstanda fəhlə aksiyası davam edir
    Gürcüstanda fəhlə aksiyası davam edir

Gürcüstanda daş kömür mədənlərinin fəhlələri mədənlərin fəaliyyətinin dayandırılmasına qarşı ardıcıl olaraq ikinci gün aksiya keçiriblər.

İRNA-nın verdiyi məlumata görə, paytaxt Tiflis şəhərinin 165 km şimal qərbində yerləşən Tkibuli daş kömür mədəninin fəhlələri bildiriblər ki, Gürcüstan dövlətinin bütün daş kömür mədənlərinin fəaliyyətini dayandırması fəhlələrin məişətinə bir başa mənfi təsir edib. 

Gürcüstan dövləti srağa gün Tkibuli bölgəsində 4 nəfərin ölümü və 6 adamın yaralanması ilə nəticələnən bir mədəndə baş verən partlayışdan sonra, təhlükəsizlik qaydalarına tam riayət olunmasınadək bütün mədənlərin fəaliyyətini dayandırdı.  

Teqlər