İyul 18, 2018 20:27 Asia/Baku
  • Britaniya parlamenti Breqzit barədə yenidən referendumun keçirilməsinə çağırıb
    Britaniya parlamenti Breqzit barədə yenidən referendumun keçirilməsinə çağırıb

Breqzit tərəfdarı olan bir təşkilatının maliyyə pozuntusuna yol verməsinin ifşa olunmasından sonra Britaniya parlamentinin üzvləri 2016-cı il referendumunun nəticələrinə etimadsız olduqlarını bildirərək yenidən referendumun keçirilməsini istəyiblər.

İRNA-nın verdiyi məlumata görə, Britaniyanın mühafizəkar partiyasının üzvləri Sara Valson və Nikolas Suams bu gün parlamentdə etdikləri çıxışlarında bildiriblər ki, Breqzit üzrə referendum qəsdən saxtalaşdırılıb və bu məsələ referendumun nəticələrini sual altına alıb. 

Britaniyada seçkilərə nəzarət komissiyası dünən bildirib ki, keçmiş xarici işlər naziri və ekologiya naziri Boris Conson və Maykl Qovun başçılığı ilə həyata keçən Breqzit kampaniyası üçün qanuni limitdən daha çox xərc qoyulub. 

Fəhlə partiyasının rəhbəri Cermi Kurbin və bu partiyanın üzvləri olan Çok Omana və Deyvid Lemi də bu gün Breqzit kampaniyasının demokratiyaya təhqir olduğunu bildirərək yenidən referendumun keçirilməsini dəstəkləyiblər və öncəki referendumun nəticələrinin ləğv edilməsinə çağırıblar. 

Britaniyanın baş naziri Tereza Mey isə heç bir şəraitdə bu kimi tələblərlə razılaşmayacağını vurğulayıb.