İyul 19, 2018 11:14 Asia/Baku
  • ABŞ-da miqrant övladlarının işgəncə edilməsi ifşa olunub

ABŞ-ın Kütləvi İnformasiya Vasitələri ölkədə saxlanılan miqrantların övladlarının işgəncə edilməsini ifşa ediblər.

Hoffington Post qəzeti çərşənbə günü bir məlumatda saxlanılan miqrantların uşaqlarına tualet suyunu içirmək və məcburi şəkildə soyundurmaq kimi işgəncələrin verildiyini bildirib. 

MƏlumata görə, bir vəkil Hoffington Post qəzetinə deyib: Bu uşaqlarla edilən rəftarlar işgəncə meyarındadır və məcburi aclıq, məcburi susuzluq, məcburi yuxusuzluq, hörmətsizlik və fiziki incidilmənin şahidiyik. 

Nyu-York Times qəzeti də çərşənbə axşamı günü bir məlumatda saxlanılan qadın miqrantlara qarşı təcavüz hallarının baş verdiyini açıqlayıb. 

Məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin baş müstəntiqin ofisinin məlumatları ötən on il ərzində minlərlə miqrant saxlanıldıqları müddətdə təcavüzə məruz qalıb. 

Statistikalara əsasən, 2013-2017-ci illərdə saxlanılan miqrantlara qarşı 1310 təcavüz halı qeydə alınıb. 

Teqlər