İyul 20, 2018 17:01 Asia/Baku
  • Yunanıstan səfiri Rusiya XİN-ə çağırtdırılıb
    Yunanıstan səfiri Rusiya XİN-ə çağırtdırılıb

Yunanıstan və Rusiya arasında gərginliyin artması ilə Rusiya Xarici İşlər Nazirliyi Yunanıstan səfirini nazirliyə çağırtdırıb.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Afina və Moskva arasında iki rus diplomatın Yunanıstandan qovulmasıan görə münasibətlərin korlanması ilə Rusiya XİN Yunanıstan səfirini nazirliyə dəvət edib. 

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın rəsmi Afinanın Rusiya əleyhinə bəyanatlarına etirazını səfirə elan edib. 

Yunanıstan son vaxtlar iki rus diplomatı ölkədən çıxarıb. Afina diplomatların qovulmasına səbəbin Yunanıstan daxili məsələlərinə müdaxilə olduğunu bildirib. 

Teqlər