İyul 20, 2018 19:52 Asia/Baku
  • Hakerlər bir milyondan çox sinqapurlunun məlumatını oğurlayıb
    Hakerlər bir milyondan çox sinqapurlunun məlumatını oğurlayıb

Sinqapurun Səhiyyə Nazirliyi bir bəyanatda bildirib: Hakerlər 1,5 milyon sinqapurlunun məlumatlarını oğurlayıblar.

İRNA-nın məlumatına görə, Sinqapurun Səhiyyə Nazirliyi cümə günü bir bəyanatda bildirib: Hakerlərin yeni həmləsində 1,5 milyon sinqapurlu ilə əlaqədar məlumatlar bu nazirliyin məlumat bazasından oğurlanıb. Sinqapurun baş naziri Le Hseyn Loonqun da məlumatları oğurlanan məlumatlar arasındadır.

Bu bəyanatda hakerlərin müəyyənləşməsinə işarə olunmayıb.

Sinqapur ötən il də hakerlərin irimiqyaslı hücumlarına məruz qalmışdı.

Sinqapurun Müdafiə Nazirliyi 2017-ci ildə də hakerlərin hücumlarına dəfələrlə məruz qaldı və bu nazirliyin 850 işçisi ilə əlaqədar məlumatlar oğurlandı.

Sinqapur Asiyanın cənub-şərq ölkələrindən biridir. Bu ölkənin bütün ictimai strukturlarının məlumatları demək olar ki, informasiya şəbəkələri üzərindədir.