İyul 21, 2018 07:42 Asia/Baku
  • Rusiyanın energetika naziri  yeni neft təşkilatının təsisindən xəbər verib
    Rusiyanın energetika naziri yeni neft təşkilatının təsisindən xəbər verib

Rusiyanın energetika naziri dünən deyib ki, bu ölkə neft hasilatını qanuniləşdirmək məqsədilə neft ixrac edən ölkələr təşkilatı OPEK-in iştirakı ilə yeni bir təşkilat yaradacaq.

Aleksandr Novak yeni neft təşkilatının 2019-cu il yanvarın birindən fəaliyyətə başlayacağını bildirib. Qeyd edib ki, bu təşkilat neft istehsalını tənzim etmək vəzifəsini daşıyacaq və lazım gələrsə, neft hasilatının azaldılmasına kömək edə bilər.

Rusiyanın energetika naziri bildirib ki, bu yeni təşkilatın yaradılması layihəsi OPEK və Rusiya nazirlərinin qarşıdakı iclasında irəli sürüləcək.

Aleksandr Novak deyib ki, yeni neft istehsalçıları təşkilatının adı və onun qərargahı hələ müəyyən edilməyibdir.

Teqlər