İyul 21, 2018 12:35 Asia/Baku
  • ABŞ-ın müdafiə naziri Rusiyaya qarşı mövqe tutub
    ABŞ-ın müdafiə naziri Rusiyaya qarşı mövqe tutub

ABŞ-ın müdafiə naziri Ağ Ev-in anti-rus sanksiylarının davam etməsini istəyib.

Ceyms Mettis dünən Rusiyaya qarşı kəskin ifadələr işlədərək, Moskvaya qarşı sanksiyaların uzadılmasının Amerikanın dövlət katibi Mayk Pompeonun ixtiyarına verilməsini istəyibdir.

Ceyms Mettis əlavə edib: Bu sanksiyalar səbəb olacaq ki, bəzi ölkələr Rusiyanın hərbi təchizatlarına söykənmək yerinə, Amerika ilə təhlükəsizlik əlaqələrini gücləndirsinlər.

Mettisin sözləri Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemini satın almasına bir eyhamdır.

Amerikanın müdafiə naziri həmçinin Ağ Ev-in anti-İran sanksiyalarının davam etməsini istəyib.

Amerika-Rusiya əlaqələri son aylar olduqca gərginləşibdir.