İyul 21, 2018 12:36 Asia/Baku
  • Tramp Putinlə rəftarı barədəki tənqidlərə reaksiya verib
    Tramp Putinlə rəftarı barədəki tənqidlərə reaksiya verib

Amerika prezidenti mediaların onun Rusiya prezidenti ilə rəftar tərzini tənqid etmələrini riyakarcasına hərəkət adlandırıb.

Donald Tramp bu gün öz twitter səhifəsində yazıb ki, Rusiya prezidenti Vladimir Putin ilə münasib rəftarına görə riyakar mediaların tənqidləri ilə üzləşibdir.

Tramp sonra yazıb ki, əgər Putinlə sərt və kobud tərzdə danışsaydı, çox kəskin rəftarına görə, tənqid ediləcəkdi.

ABŞ konqresində hər iki partiyanın, yəni respublikaçılar və demokratların yüksək vəzifəli üzvləri Donald Trampın Vladimir Putin ilə birgə iclasını kəskin şəkildə tənqid ediblər.

Tramp ötən bazar ertəsi günü Finlandiyada Putinlə müştərək mətbuat konfransında Rusiyanın Amerikanın prezident seçkilərinə müdaxiləsi barədə demişdi ki, "Rusiyanın Amerikanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi barədə heç bir dəlil mövcud deyildir." 

Trampın bu sözləri Amerikada geniş tənqidlərlə üzləşibdir.

Teqlər