İyul 22, 2018 13:07 Asia/Baku
  • FTB Trampın sabiq müşavirinin planı haqda sənədləri yayımlayıb

ABŞ-ın Federal Polisi Federal Təhqiqat Bürosu prezidentin sabiq müşavirinin seçkiləri zəiflətməyə dair planı haqda istintaqın aparılması qismində ona nəzarətlə bağlı sənədləri yayımlayıb.

Röytersin məlumatına görə, ABŞ Federal Təhqiqat Bürosu şənbə günü prezident Donald Trampın sabiq seçki müşaviri Karter Peycin 2016-cı il prezident seçkilərini zəiflətməyə dair Rusiya hökuməti ilə planı haqda araşdırmaların bir qismi olaraq ona nəzarətlə əlaqədar sənədləri yayımlayıb. 

Bu sənədlər Peycin istintaqı ilə bağlı məhkəməyə nəzarət müraciətlərinin göndərilməsi, xarici məlumatlar və başqa məlumatlara nəzarətə şamil olur. 

Bu sənədlərdə bildirilir: Karter Peyc Rusiya hökumətinin rəsmiləri, o cümlədən təhlükəsizlik xidmətləri zabitləri ilə əlaqə qurub. 

Donald Trampın seçki komandası və yaxınları 2016-cı il prezident seçkilərində rus rəsmilərlə əməkdaşlıqda suçlanıblar. 

ABŞ prezidentinin böyük oğlu Cunior Donald Tramp və kürəkəni Cerad Kuşner rus rəsmilərlə əlaqədə olmaq haqda Nümayəndələr Palatası və Senatın dinləmələrində iştirak ediblər. 

Teqlər