İyul 23, 2018 13:13 Asia/Baku
  • Mədənçilər Tiflisdə etiraz aksiyası keçirib
    Mədənçilər Tiflisdə etiraz aksiyası keçirib

Gürcüstanın daş-kömür mədənlərinin işçiləri bu mədənlərdəki mövcud vəziyyətə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Etirazçılar Gürcüstanın Daş-Kömür Şirkəti rəhbərinin kənarlaşdırılması, baş nazirlə görüşün  təşkil olunması və mədənlərdə təhlükəsizlik standartlarının gücləndirilməsini tələb edirlər.

Daş-kömür mədəninin işçiləri ötən çərşənbə axşamı günü də etiraz aksiyası keçirmişdilər.

Ötən həftə bazar ertəsi günü Tkipolidə mədənlərdən birində partlayış baş verməsi nəticəsində dörd işçi həlak oldu və altı nəfər yaralandı.

Gürcüstan hökuməti bu bölgənin bütün mədənlərində işləri dayandırdı və bildirdi: Mədənlərdə təhlükəsizlik qaydaları yerinə yetirilmədiyi zamanadək mədənlər fəaliyyət göstərməyəcək.

Aprel ayında da bu bölgənin daş-kömür mədənlərindən birinin uçması nəticəsində altı nəfər həlak olmuşdu.

Teqlər