İyul 24, 2018 21:29 Asia/Baku
  • Tramp və komandası İrana qarşı psixoloji müharibəni qızışdırır
    Tramp və komandası İrana qarşı psixoloji müharibəni qızışdırır

ABŞ rəsmilərinin son zamanlar İran əleyhinə başlatdıqları və keçən hər gün daha da alovlandırmağa çalışdıqları psixoloji müharibə İngiltərə mediasında geniş rezonans doğurub. Müxtəlif prizmalardan məsələyə yanaşan medialar Ağ Evin İranla bağlı siyasətlərini analiz etməyə çalışıblar.

ABŞ dövlət katibi Mayk Pompeonun İranla bağlı çıxışı və Vaşinqtonun İrana qarşı psixoloji savaşının şiddətlənməsinin ardınca bu məsələ İngiltərə mediasında müxtəlif aspektlərdən diqqət mərkəzində saxlanılıb. Royters yazır: Donald Tramp İranda iğtişaş törətmək və gərginliyi artırmaq məqsədilə internet vasitəsilə geniş təbliğatlara başlayıb.

“Midl İst Ay” internet qəzeti də Tramp və çevrəsindəkilərin İrana qarşı təbliğatlarından yazıb.

“İranda və Fars Körfəzinin digər tərəfində olanlar habelə, onların himayədarları yaxşı bilirlər ki, İran böyük bir regional gücdür. Və ötən illərdə İranın mövqeyi daha da möhkəmlənib. İran ilə düşmən olanları narahat edən məsələ də elə budur.”                 

Röyters tövsiyə xarakteri daşıyan bir yazıda ABŞ rəsmilərindən İranın Əl-Qaidə və Taliban ilə əlaqələri barədəki yalanlarına diqqət göstərmələrini istəyib. Çünki, bu kimi təbliğatlar müxatiblər üçün məqbul sayılmır.

“Qardiyan” qəzeti də ABŞ prezidentinin İranla bağlı “Tvitt”lərinə işarə edərək, yazıb: Tramp əlaqələri yumşaltmaq və gərginliyi azaltmaq üçün diplomatik vasitələrdən istifadə etmək yerinə, təhdid və təhqirdən istifadə etməyə üstünlük verir. Dünya isə ona ciddi yanaşmır.

“İŞİD və Əl-Qaidənin həyatına son qoyması İranın siyasi və hərbi baxımdan güclü olduğunu sübut etdi. İran böyük iqtisadiyyata və əxlaqi baxımdan üstünlüyə malikdir. İran bir neçə təbəqəli hökumət sisteminə malikdir. Bu da onu sığortalayır. Beynəlxalq səhnəyə nəzər salsaq, Yaxın Şərq məsələlərinin, İran olmadan həllinin imkansız olduğunu görərik. Bunu İranın düşmənləri də yaxşı bilirlər və onları qəzəbləndirən də elə budur.”

İngiltərə mediaları ABŞ dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonu İran əleyhinə psixoloji müharibənin tərəfdarlarından adlandırıblar. Məqsəd isə İranın nüvə proqramını həmişəlik olaraq dayandırmaq və İran ilə müxalif olan qrupları dəstəkləməkdir.

 

 

Teqlər