İyul 25, 2018 13:21 Asia/Baku
  • Tramp: İran ilə anlaşmağa hazırıq

ABŞ prezidenti Donald Tramp ötən iki gündə İran əleyhinə intensiv şəkildə təhdidlər səsləndirməsinin ardınca, Tehran ilə "həqiqi anlaşma"ya hazır olduğunu deyib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani ötən bazar günü İranı təhdid etməsinə dair Trampa xəbərdarlıq etmişdi. 

ABŞ prezidenti Donald Tramp isə buna cavab olaraq ən son "Tvitt"ində İran prezidentindən bir daha Amerikanı təhdid etməməsini istəmişdi. 

İRNA-nın məlumatına görə, Tramp çərşənbə axşamı Kanzas şəhərində veteran hərbçilər qarşısında etdiyi çıxışında İran ilə həqiqi anlaşmanın əldə edilməsinə hazır olduqlarını deyib. 

Tramp bir daha Hərtərəfli Birgə Təşəbbüs Planını faciə adlandıraraq, ABŞ-ın İran ilə dəhşətli nüvə anlaşmasından xilas etdiyini iddia edib. 

Teqlər