İyul 26, 2018 17:46 Asia/Baku
  • Kürd yaraqlılar ABŞ-ın hədiyyəsi olan silahları satmaqla məşğuldurlar

Anadolu xəbər agentliyi ABŞ-ın kürdlərə verdiyi silahların qara bazarda satışa çıxarılmasından xəbər verib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, PKK, PYD və YPG adlı silahlı kürd qruplaşmaları ABŞ-ın bu qruplaşmalara verdiyi silahları qara bazarda satışa çıxardırlar. 

Bu məlumata görə, Amerika ilə əldə olunmuş anlaşmaya əsasən 2018-ci ilin sonuna kimi Suriyanın Mənbic şəhərindən və Fərat çayının qərb sahilindən geri çəkilməli olan PKK. PYD və YPG yaraqlıları ABŞ-ın hədiyyə etdiyi silahları satışa çıxartmaqla maliyyə problemlərini həll etməyə çalışırlar. 

Amerika kürd yaraqlılarının Suriyanın şimalından çıxarılmasına və onlara verilən silahların geri alınmasına dair söz verməsinə baxmayaraq, hələ də Suriyadakı kürd yaraqlılarını silahlandırmaqla məşğuldur. 

Daxil olan məlumatlara görə, zirehli texnika, ağır silahlar və hərbi sursat daşıyan 200-dən çox yük maşını İraq ərazisindən Suriyaya daxil olub. Bu silahlar kürd yaraqlılarının ixtiyarına verilib. 

Teqlər