İyul 28, 2018 07:30 Asia/Baku
  • Rusiya Suriyanın Suvəyda şəhərindəki terror hücumu amillərinin cəzalandırılmalarını istəyib
    Rusiya Suriyanın Suvəyda şəhərindəki terror hücumu amillərinin cəzalandırılmalarını istəyib

Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Suriyanın Suvəyda şəhərindəki terror hücumu amillərinin aşkar edilərək, cəzalandırılmalarını istəyib.

Dmitri Polyanski dünən BMT Təhlükəsilzik Şurasının Suriya barədəki iclasında bildirib ki, Rusiya, yüzlərlə mülkinin həyatını itirməsi və yaralanması ilə nəticələnən Suvəyda şəhərindəki terror hücumunu pisləyir. O, bildirib ki, bu cinayət amilləri beynəlxalq rəsmilərin dəstək və qərarları ilə cəzalandırılmalıdırlar.

İyulun 25-də səhər çağı bir terrorçu daşıdığı bombaları Suriyanın cənubunda yerləşən Suvəyda şəhərinin meyvə bazarında partlatdı. Nəticədə 215 nəfər həyatını itirdi, 180 nəfər də yaralandı.

İŞİD terror qrupu bu terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Teqlər