İyul 29, 2018 12:44 Asia/Baku
  • İndoneziyanın şərqində zəlzələ
    İndoneziyanın şərqində zəlzələ

Bu gün səhər İndoneziyanın şərqində, turizm bölgəsi olan Lombok adasında rixter şkalası ilə 6.4 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra 5.4 bal gücündə ikinci yeraltı təkan baş verib.

İRNA-nın məlumatına görə, İndoneziyanın şərqində, Bali adasının qonşuluğunda yerləşən Lombok adasında baş verən zəlzələ nəticəsində çoxlu sayda binanın uçduğu və adada fövqəladə durumun yarandığı bildirilir.

Bu zəlzələ həmçinin sahil sularında iri dalğaların yaranmasına səbəb olub. Amma, hələ ki sunami haqda hansısa məlumat daxil olmayıb.

İndoneziya Asiyanın şərqində, Sakit okeanın "Odlu Qövs"ü üzərində yerləşir. Bu da il boyunca İndoneziyada zəlzələ, sunami və vulkan püksürməsi kimi müxtəlif təbii hadisələrin baş verməsinə səbəb olur.

Teqlər