İyul 31, 2018 08:56 Asia/Baku
  • İtaliya quldarlıq fenomeninin genişlənməsi haqda xəbərdarlıq edib
    İtaliya quldarlıq fenomeninin genişlənməsi haqda xəbərdarlıq edib

İtaliya prezidenti quldarlıq və insan alveri fenomeninin gün-gündən artması haqda xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, İtaliya prezidenti Sercio Matarella bazar ertəsi günü İnsan Alveri əleyhinə Mübarizə Beynəlxalq Günü münasibəti ilə verdiyi bir bəyanatda bildirib: Miqrantlar yeni qullardır və quldarlıq və insan alveri hazırkı bəşəriyyətin ən böyük problemlərindən biridir. 

İtaliya prezidenti miqrantların sayının gün-gündən artmasını quldarlığını yeni növünün çoxalmasının səbəbkarı adlandırıb və əlavə edib: Quldarlıq bəşəriyyətin ən böyük utanclarındandır və hazırda quldarlığın keçmiş və ya hazırkı hər hansı növünü qınamalıyıq. 

Matarella bildirib: Heç bir ölkə bu problem və insan kəramətinin pozulmasından kənarda deyil. 

Matarella əlavə edib: Çox təəssüfləndirici haldır ki, məyusedici müharibələr, yoxsulluq və destabillik şəraitinə görə, hər gün quruda və dənizdə minlərlə nəfər özü və ailəsinin həyatını təhlükəyə atır. Lakin insan alverçilərinin tələsinə düşür və zülm və təcavüzə məruz qalırlar. 

Dünya Əmək Təşkilatının statistikasına əsasən dünyada təxminən 40 milyon nəfər quldarlığın qurbanıdır. Onun 25 milyon nəfəri icbari işlərə, 15 milyonu isə icbari izdivaca məcbur edilib. 

Teqlər