Avq 06, 2018 08:12 Asia/Baku
  • İndoneziyada zəlzələnin tələfatı 82 nəfərə çatdı
    İndoneziyada zəlzələnin tələfatı 82 nəfərə çatdı

Dünən İndoneziyada baş vermiş zəlzələnin törətdiyi tələfatın sayı 82 nəfərə çatıb.

İndoneziyanın Qırmızı Xaç təşkilatının böhranın idarə olunması şöbəsinin müdiri Arifin Muhəmməd Hadi deyib ki, bu zəlzələ nəticəsində Lombok və Bali adalarında minlərlə ev dağılıb və yüzlərlə nəfər də bədən xəsarəti alıbdır.

İndoneziya rəsmiləri bundan öncə zəlzələnin törətdiyi tələfatın sayını 19 nəfər elan etmişdilər.

Yerin 31 kilometr dərinliyində və Lombok adasının ən şimal nöqtəsində baş vermiş bu yeraltı təkan Bali adasının qərb yarısında da hiss olunubdur.

Amerika geologiya təşkilatı öncə bu yeraltı təkanın şiddətini rixter şkalası ilə yeddi bal elan edib, lakin sonrakı məlumatlarında onu 0,1 qədər azaldıbdır.

Ötən həftə də bu adada 6,4 bal gücündə zəlzələ baş vermişdi.

260 milyon nəfərdən çox əhaliyə malik olan İndoneziya güclü və çoxlu yeraltı təkanların baş verdiyi "od halqası" adlı qurşaqda yerləşir.

Teqlər