Avq 07, 2018 20:44 Asia/Baku
  • Amerikalı sənətkarlar Ağ Ev önündə anti-Tramp aksiyası keçiriblər
    Amerikalı sənətkarlar Ağ Ev önündə anti-Tramp aksiyası keçiriblər

Teatr ulduzlarından bir qrupu Ağ Ev qarşısında aksiya keçirərək, ABŞ prezidentinin immiqrasiya və ekologiya siyasətlərinə etiraz edibdir.

Tanınmış amerikalı komediya ustası və televiziya əməkdaşı Rozi Odonnell otuz musiqiçi ilə yanaşı, dünən Ağ Evin qarşısına toplaşıb. Onlar "Səfillər" musiqili tamaşasından götürülmüş mahnıları oxuyublar.

"Bradvey" teatr ulduzlarından ibarət bu qrup vətənpərvər mahnılar oxuyaraq, plakatlar daşıyıbdır. Plakatların bəzilərinin üzərində "Xəyanət" və "Yerə qarşı xain" kimi ibarələr yazılıbmış.

Aksiya iştirakçıları mahnı oxuyub, Trampın prezidentlikdən kənarlaşdırılmasını istəyiblər.

Trampın müxalifləri və tənqidçiləri üç həftə bundan öncədən bəri hər gecə Ağ Evin qarşısına toplaşaraq, aksiya keçirirlər.

Teqlər