Avq 08, 2018 08:26 Asia/Baku
  • Vaşinqtonun Çin məhsulları üçün 25%-lik gömrük rüsumu qətiləşdi
    Vaşinqtonun Çin məhsulları üçün 25%-lik gömrük rüsumu qətiləşdi

ABŞ hökuməti çərşənbə günü Çindən idxal olunan daha 16 milyard dollarlıq məhsul üçün yeni gömrük rüsumunun qətiləşməsindən xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Ticarət Nümayəndəliyi ofisinin verdiyi məlumata görə, elan olunan məhsullar 25%-lik gömrük rüsumuna şamil ediləcəklər və ABŞ-ın Gömrük İdarəsi 23 avqustdan etibarən yeni gömrük rüsumlarını icra edəcək. 

Vaşinqton bu addımı "ABŞ məhsullarının mənəvi mülkiyyət haqqının Çin tərəfindən insaflı olmayan şəkildə oğurlanmasına və ABŞ texnologiyasının qeyri-qanuni şəkildə Çin şirkətlərinə ötürülməsinə ABŞ-ın cavabı" kimi dəyərləndirib. 

Bu, Çin məhsulları üçün əlavə gömrük rüsumu təyin edən ikinci qanun layihəsidir. Tramp hökuməti ötən ay Çindən idxal edilən və ümumi dəyəri 34 milyard dollar olan məhsullar üçün 25%-lik gömrük rüsumu təyin etmişdi. Pekin isə bunu cavabsız qoymayaraq, qarşılıqlı formada ABŞ məhsulları üçün gömrük rüsumunu artırdı. 

ABŞ və Çin arasında ticarət savaşı Vaşinqtonun polad və alüminium idxalı üçün müvafiq olaraq 10 və 25 faizlik gömrük rüsumu təyin etməsi ilə başlandı. 

Trampın bu hərəkəti hətta, ABŞ-ın müttəfiqi olan Avropa ölkələri tərəfindən belə ciddi tənqidlər ilə qaraşılanıb. 

Teqlər