Avq 14, 2018 16:26 Asia/Baku
  • Korbin Netanyahuya: Fələstinliləri öldürmək qınağa layiqdir
    Korbin Netanyahuya: Fələstinliləri öldürmək qınağa layiqdir

Britaniyanın Leyboristlər Partiyasının lideri bir daha sionist rejim qüvvələrinin fələstinliləri qətlə yetirmələrini pisləyib.

İndependent qəzetinin məlumatına görə, Ceremi Korbin Tunisdə fələstinlilərin xatirə mərasimində iştirak etməsini tənqid edən sionist rejim baş nazirinə reaksiya verib: Qınağa layiq olan may ayından indiyədək Qəzzədə yüzlərlə fələstinli, o cümlədə onlarla uşağı qətlə yetirən və yaralayan İsrail hərbçiləridir.

Korbin "Yəhudi dövləti və milləti" adlı rasist qanuna toxunaraq bildirib: Bu rasist qanun fələstinlilərə qarşıdır.

Korbin İsrailin nəzarətində olan ərazilərdə on minlərlə vətəndaşın öz hüquqlarını əldə etmələri üçün onların arxasında dayanacağını qeyd edib.

Teqlər