Avq 14, 2018 16:26 Asia/Baku
  • Tunis vətəndaşları Ərəbistanın həcc vizası ilə bağlı ayrı-seçkiliyinə etiraz ediblər
    Tunis vətəndaşları Ərəbistanın həcc vizası ilə bağlı ayrı-seçkiliyinə etiraz ediblər

Bir qrup Tunis vətəndaşı Səudiyyə Ərəbistanının həcc vizasının verilməsində ayrı-seçkilik tətbiq etməsinə etiraz olaraq aksiya keçirib.

Əl-Cəzirə televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanının həcc vizasının verilməsi ilə bağlı ayır-seçkilik siyasətinə qarşı çıxan etirazçılar iki həftə öncədən indiyədək bu ölkənin Tunisdəki səfirliyi önündə aksiya keçirir.

Tunisli etirazçılar deyiblər: Səudiyyə Ərəbistanı rəsmiləri və səfirliyin diplomatları Tunisdə həcc vizası üçün müraciət edən vətəndaşlara etina etmədən onların payını bəzi liviyalı zəvvarlara, turizm agentliklərinə verib və həcc vizaları ilə alveri edib.

Səudiyyə Ərəbistanının Tunisdəki səfirliyi bu haqda açıqlama verməkdən çəkinib.

Səudiyyə Ərəbistanı rəsmilərinin həcc mərasiminin təşkil olunması üzrə yanlış idarəçiliyi, o cümlədən vizanın verilməsində onların ticarət-siyasi ambissiyaları və ayrı-seçkilik davranışları, həmişə dünyada müsəlmanların etirazına tuş gəlib.

Teqlər