Avq 14, 2018 18:53 Asia/Baku
  • Tramp F-35 qırıcılarının Türkiyəyə satışının dayandırılması qərarını təsdiqləyib
    Tramp F-35 qırıcılarının Türkiyəyə satışının dayandırılması qərarını təsdiqləyib

ABŞ prezidenti F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışını Pentaqonun 90 günlük məruzəsi və bu məruzənin müsbət dəyərləndirilməsi ilə şərtləndirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü ölkənin müdafiə büdcəsi layihəsini imzalamaqla F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının dayandırılması üzrə Konqresin qərarını təsdiqləyib.

Tramp Nyu-Yorkda hərbi bazada təşkil olunan tədbirdə bir neçə gün öncə Konqresin təsdiqlədiyi 716 milyard dollarlıq hərbi büdcə layihəsini imzalayıb. Beləliklə bu layihə qüvvəyə minib.

Bu layihəyə əsasən, ABŞ Müdafiə Nazirliyi Pentaqon hərbi proqramlar üçün 638 milyard dollar, xarici ölkələrdə hərbi əməliyyatlar üçün ehtiyat büdcə 69 milyard dollar alacaq.

Pentaqon ABŞ və Türkiyənin ikitərəfli münasibətləri haqda 90 gün ərzində hesabat təqdim etməlidir. Həmin vaxta qədər Türkiyəyə qırıcı təyyarələrin satışı dayandırılır.

Teqlər