Avq 14, 2018 21:31 Asia/Baku
  • Çin ABŞ-dan soyuq müharibəni kənara qoymasını istədi
    Çin ABŞ-dan soyuq müharibəni kənara qoymasını istədi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Çinə qarşı soyuq müharibəsini kənara qoymasını istəyib.

İRNA-nın məlumatına görə, Lu Kanq Çin tərəfindən təhdidlərə yönələn ABŞ-ın 2019-cu il müdafiə büdcəsi layihəsinin imzalanmasını tənqid edərək ABŞ rəsmilərindən Pekinlə soyuq müharibədən əl çəkmələrini və Çinlə düzgün metodlarla davranmalarını istəyib.

ABŞ prezidenti Donald Tramp ötən gün bu ölkənin 717 milyard dollarlıq milli müdafiə büdcəsi üzrə qanun layihəsini imzalayıb. Bu layihədə Çin qarşısında hökumət strategiyasının tənzimlənməsi, Taivanın hərbi təchizatının gücləndirilməsi proqramı kimi Çin əleyhinə məsələlər əks olunur.

Teqlər