Avq 16, 2018 10:36 Asia/Baku
  • İmran Xan ABŞ sanksiyaları qarşısında Türkiyəni dəstəkləyib

İnsan partiyasının sədri və Pakistan baş nazir vəzifəsinin namizədi ABŞ-ın sanksiyaları qarşısında Türkiyə xalqı və dövlətini dəstəkləyib.

İRNA-nın məlumatına görə, İmran Xan çərşənbə günü öz Twitter səhifəsində ABŞ-ın Türkiyə əleyhinə sanksiyalarına reaksiya verib. 

Pakistanın Təhrik İnsaf Partiyasının sədri həmçinin ABŞ-ın Ankara əleyhinə iqtisadi sanksiyaları qarşısında Türkiyəyə dəstəyini elan edib. 

Bu həftənin bazar ertəsi günü də Pakistanın Xarici İşlər Nazirliyi bir bəyanatda ABŞ-ın Türkiyə əleyhinə son sanksiyalarını qınayaraq bildirib: İslamabad hər bir ölkəyə qarşı istənilən birtərəfli sanksiyanın tətbiq olunmasına qarşıdır. 

Teqlər