Avq 16, 2018 19:30 Asia/Baku
  • Malayziyada Şimali Koreya liderinin qardaşının qatillərinin məhkəməsi keçirilib

Malayziya məhkəməsi Şimali Koreya liderinin ögey qardaşının qətlində şübhəli bilinən Malayziya və Vyetnam vətəndaşı olan iki qadını günahkar hesab edib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Malayziya məhkəməsi cümə axşamı günü bir qərarda bildirib: Ötən il Şimali Koreyanın hazırkı liderinin ögey qardaşı Kim Cun Nama doğru zəhər səpən malayziyalı və vyetnamlı iki qadını Namın qatilidir. 

Halbuki iki şübhəli qadın bundan öncə günahsız olduqlarını bildirib və deyiblər ki, zarafatla və ya gizli kamerada baş verən prosesdə iştirak ediblər. 

Malayziya prokuroru bildirib: Bu iki qadın Kim Cun Namın qətli üçün yaxşı təlim keçib və hansı işi görəcəklərini bilirmişlər. 

Şimali Koreya liderinin qardaşının qətli üzrə işə baxan hakim bildirib: Prokurorluğun qərarını qəbul edib və iki müttəhimdən öz müdafiələrini bəyan etmələrini istəyir. 

Bu iki qadın 2017-ci il fevral ayında Kualalumpur Beynəlxalq Hava Limanında Kim Cun Nama hücum edib və onun üzünə qaz səpiblər. Nəticədə o həlak olub. 

Teqlər