Avq 16, 2018 20:43 Asia/Baku
  • Tramp bütün demokratları korrupsioner adlandırdı

ABŞ prezidenti bütün demokratları korrupsioner adlandırıb və onları təxribatçılıqda suçlayıb.

İRİB-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı günü öz Twitter səhifəsində yazıb: Demokratlar seçkilərin səslərini oğurlamağa və öz nüfuzları altına keçirməyə çalışırlar. 

ABŞ prezidenti davamında bütün demokratları səlahiyyətlərindən sui-istifadə edən korrupsioner adlandırıb. 

Tramp və demokratlar arasında söz atışmaları dövri seçkilərin keçirilməsi zamanı yaxınlaşmaqla daha da şiddətlənib. 

Rəy sorğularının nəticələrinə görə, Demokratlar partiyası Respublikaçılar partiyasından daha yaxşı mövqeyə sahibdir. 

ABŞ-da dövri seçkilər 2018-ci il noyabr ayında keçiriləcək və Nümayəndələr Palatasının 435 mandatı və Senatın mandatının üçdə biri səsvermə yolu ilə müəyyənləşəcək. 

Teqlər