Avq 17, 2018 09:44 Asia/Baku
  • ABŞ senatı Trampa qarşı qərar qəbul edib
    ABŞ senatı Trampa qarşı qərar qəbul edib

ABŞ senatı bu ölkə prezidenti Donald Trampın mediya ilə rəftarına qarşı qətnamə qəbul edib.

Röytersin verdiyi məlumata görə, Amerikalı senatorlar dünən bir qətnamə qəbul edərək daima mediyanı düşmən adlandıran pezident Donald Trampı qınayıblar. 

Senatın qətnaməsi, dünən ABŞ-da 300-dən çox qəzetin müştərək təşəbbüs olaraq mediya azadlığını müdafiə kampaniyası keçirmələri və Trampı bəzi KİV-ni pisləməsinə görə ABŞ xalqının düşməni təqdim etmələrindən sonra baş verir. 

Amerikada 350 qəzet dünən Tramp tərəfindən düşmən adlandırıldıqlarına reaksiya olaraq müştərək təşəbbüsdə baş məqalələrini mətbuat azadlığı mövzusuna həsr ediblər. 

Tramp dəfələrlə jurnalistləri və onun fikirlərinə uyğun olmayan reportajları  qınayıb və jurnalistləri saxtakarlıqda ittiham edib. 

Qəzetlərin dünənki kampaniyasının təşəbbüskarı olan Boston Klub qəzeti isə baş məqaləsini Trampa qarşı tənqidi yazıya həsr etmişdi və bundan sonra qəzetin ofisi partlayışla hədələnib. 

Teqlər