Avq 20, 2018 08:54 Asia/Baku
  • Serbiya ABŞ-ın Türkiyə əleyhinə koalisiyasına üzv olmayacaq
    Serbiya ABŞ-ın Türkiyə əleyhinə koalisiyasına üzv olmayacaq

Serbiya xarici işlər naziri bildirib: Bu ölkə heç vaxt Türkiyə əleyhinə koalisiyaya üzv olmayacaq.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Serbiya xarici işlər naziri İvitsa Daçiç bazar günü türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında Serbiyanın Türkiyə əleyhinə koalisiya ilə eyni istiqamətdə addım atmasını rədd edərək ölkəsinin Ankaranı dəstəklədiyini vurğulayıb. 

ABŞ hökuməti 1 avqust 2018 tarixində amerikalı rahib Endryu Brunsonun casusluqda və FETÖ qrupu ilə əlaqədə olmaqla ittiham olunması ardınca, Türkiyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. 

Serbiya xarici işlər naziri bu ölkənin Türkiyə hökumətinə uğursuz dövlət çevrilişində göstərdiyi dəstəyi xatırlayaraq deyib: Ankara-Belqrad münasibətləri iki ölkənin yüksək səviyyəli rəsmilərinin ikitərəfli iclaslarının keçirilməsi yolu ilə hələ də təsdiqlənir. 

Daçiç əlavə edib: Serbiya bütün sahələrdə, xüsusilə də iqtisadiyyat sahəsində Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasında ciddidir. 

ABŞ son vaxtlar Türkiyədən idxal olunan polad və alüminiumun rüsumunu iki dəfə artırıb. 

ABŞ-ın müxtəlif ölkələr, o cümlədən Türkiyəyə qarşı sanksiya, təhdid və təzyiq tətbiq etməsi başqa ölkələrin bu funksiyaya qarşı çıxmasına səbəb olub. 

Teqlər