Avq 20, 2018 15:35 Asia/Baku
  • Vaşinqton Ankaranın şərtini qəbul etmədi
    Vaşinqton Ankaranın şərtini qəbul etmədi

Wall Street Journal qəzetinin internet portalı Ağ Evin yüksək səviyyəli rəsmisinə istinadla yazıb: Tramp hökuməti amerikalı rahibin azad olunması qarşısında Türkiyənin böyük bankı əleyhinə maliyyə cərimələrinin ləğvi üzrə Ankaranın müraciətini qəbul etməyib və bildirib ki, bu rahibin azadlığınadək başqa məsələlər müzakirə edilə bilməz.

Amerikalı rahib Endryu Brunsonun saxlanılması son bir neçə ayda Türkiyə və ABŞ arasında münasibətləri daha da gərginləşdirib və Türkiyənin milli valyutasının dəyəri maksimum şəkildə azalıb.

ABŞ qəzeti yazıb: Vaşinqton terrorizm ittihamı ilə saxlanılan Brunson və başqa vətəndaşlar, o cümlədən ABŞ hökuməti üçün işləyən üç türk vətəndaşın azad olunmasını istəyir.

Haber 7 telekanalı "ABŞ-la mübarizə üçün birləşdilər, məqsəd bir milyard dollar" adlı reportajda bildirib: ABŞ-ın Türkiyə əleyhinə son iqtisadi sanksiya və təzyiqləri xarici investorlar tərəfindən reaksiyasız qalmadı və belə ki, Ərəb Ticarət Birliyinin rəsmi nümayəndəsi İstanbula gəldi və ABŞ-ın sanksiyaları qarşısında Türkiyə ilə həmrəyliyini elan etdi.

Bu televiziyanın bildirdiyinə görə, ABŞ-ın sanksiyaları ilə mübarizə istiqamətində həmçinin Türkiyədə xarici iş adamlarının nümayəndələri də bir işçi qrupu təşkil ediblər. Onlar 2 min investorun nümayəndəsi olaraq bir cəmiyyət çərçivəsində gələn beş il ərzində Türkiyədə 100 milyard dollar yatırım edəcəklər.

Türkiyənin milli valyutasının devalvasiyaya uğraması böhran sərhədini keçib, Mərkəzi Bank uçot dərəcəsini 4,25% artıraraq 17,75%-ə çatdırıb və bank gəlirini artırmaqla ehtimal olunan inflyasiyanın qarşısını almağa çalışır.