Avq 22, 2018 10:54 Asia/Baku
  • Tramp ABŞ-ın destabil olduğunu etiraf edib
    Tramp ABŞ-ın destabil olduğunu etiraf edib

ABŞ prezidenti ölkəsindəki destabilliyi etiraf edərək İlinoys ştatının Çikaqo şəhərini hərbi zonaya bənzədib.

İRİB-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp bu gün qərbi Virciniya ştatında seçki kampaniyası çərçivəsində etdiyi çıxışında Amerikadakı mövcud destabilliyə toxunaraq Çikaqonu hərbi zonaya bənzədib və deyib: Ötən həftə bu şəhərdə 62 nəfər odlu silahla hədəfə alınıb və onlardan 12 nəfər ölüb. 

Trampın Amerikada destabilliyi etiraf etməsi elə bir şəraitdədir ki, o Amerikada silah sahiblərini əsas dəstəkləyən adamdır. 

ABŞ prezidenti son vaxtlar silah sahiblərini arxayın etdi ki, onların Ağ evdə həqiqi himayədarları var. 

Hər il Amerikanın müxtəlif ştatlarında minlərlə adam odlu silahlardan açılan atəş nəticəsində həlak olur. 

Buna baxmayaraq Amerikada silah istehsalçılarının güclü lobbisi və Trampın onları dəstəkləməsi silah saxlamaq, daşımaq və silahdan istifadə etmək barədə daha sərt qanunların qəbul edilməsi sahəsindəki səyləri nakam qoyub. 

Teqlər