Avq 22, 2018 19:17 Asia/Baku
  • Tacikistan öz torpaqlarını Çinə icarəyə verib
    Tacikistan öz torpaqlarını Çinə icarəyə verib

Tacikistan hökuməti bu ölkə ərazilərinin 9 min hektarını Türkmənistan-Çin qaz kəməri layihəsinin icraçı şirkətinə 50 il müddətində icarəyə verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Tacikistan prezidenti İmaməli Rəhmanov bir fərman imzalayaraq bu ölkə ərazilərinin 9 min 407 hektarını Türkmənistandan Çinə qaz kəmərinin çəkilişi üçün Trans Tacik Qaz Payplayn şirkətinə 49 il müddətində icarə verib. 

Bu qaz kəməri min km uzunluğa malik olacaq və onun 400 kilometri Tacikistan ərazisindən keçəcək. 

Teqlər