Avq 25, 2018 11:30 Asia/Baku
  • Avropa Komissiyası İtaliyanın təhdidinə cavab verib
    Avropa Komissiyası İtaliyanın təhdidinə cavab verib

Avropa Komissiyası İtaliya dövlətinin miqrantların bölüşdürülməsinə dair təklifini rədd edib.

Röytersin verdiyi məlumata görə, AK dünən İtaliya dövlətinin miqrantların bölüşdürülməsinə dair rəsmi xəbərdarlığına cavab olaraq bildirib ki, bu barədə hədə-qorxular və qeyri-konstruktiv bəyanatlar təsirli olmayacaq. 

İtaliya baş nazirinin müavini Luici di Miao dünən Avropa Birliyinə bir neçə gündür Sisiliya adasında bir gəmidə ilişib qalan 150 miqrant barədə razılaşmanın əldə olunması xüsusunda cümə gününün sonunadək möhlət vermişdi.

Di Miao AB-nin bu barədə tədbir görməyəcəyi təqdirdə İtaliyanın Avropa Birliyi büdcəsindəki öz payını gələn ildən ödəməyəcəyini bildirib. 

İtaliyanın daxili işlər naziri Metteo Salvini də təhdid edib ki, Avropa İtaliyaya ciddi və hissolunan şəkildə yardım etməzsə Roma Lamedusa adalarında naməlum durumda olan miqrantları Liviyada bir limana qaytarmalı olacaq. 

Teqlər