Avq 31, 2018 14:53 Asia/Baku
  • İtaliyanın iqtisadi inkişafının azalması barədə xəbərdarlıq
    İtaliyanın iqtisadi inkişafının azalması barədə xəbərdarlıq

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İtaliyanın iqtisadi inkişafının azalması prosesinin davam etməsi barədə xəbərdarlıq edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bu gün özünün yeni hesabatında bildiribdir ki, İtaliya G7 adlandırılan dünyanın 7 iri ölkəsi arasında ən aşağı iqtisadi inkişafa malikdir.

İtaliyanın 2018-ci ilin ikinci rübündəki ümumi daxili istehsalı 0,2 faiz qeyd olunubdur ki, bu, ötən milad ili ilə müqayisədə 0,1 faiz azalmadan xəbər verir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı həmçinin bildiribdir ki, sənaye sektorunda zəiflik, işsizliyin artması, xüsusən dövlət borcu miqdarının yuxarı olması, İtaliyadakı qarışıq iqtisadi durumun əsas amillərindəndir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı habelə 2 trilyon 323 milyard avroya çatmış İtaliyanın borcunun artması haqda xəbərdarlıq edərək bildiribdir ki, bu proses bu ölkənin iqtisadiyyatına mənfi təsirlər göstərəcəkdir.

İtaliya Avropanın dördüncü iri iqtisadiyyatı sayılır. Bu səbəbdən, əgər İtaliyanın iqtisadi halqası iflasa uğrayarsa, Avropa Birliyi də problemlə üzləşəcəkdir.

Teqlər