Sen 01, 2018 11:28 Asia/Baku
  • Almaniyanın xarici işlər naziri Hayko Mas
    Almaniyanın xarici işlər naziri Hayko Mas

Almaniyanın xarici işlər naziri bir daha nüvə anlaşmasının qorunması üçün Avropada ABŞ-dan müstəqil Avropa maliyyə mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.

Almaniyanın xarici işlər naziri Hayko Mas Vyanada öz avropalı həmkarları ilə görüşdə deyib: Müstəqil Avropa maliyyə sistemi barədə söhbət etmək lazımdır, zira əks halda çinlilər belə bir sistem yaradacaqlar ki, bu da Avropanın xeyrinə deyildir.

Hayko Mas bundan öncə də ABŞ-dan müstəqil olan Avropa maliyyə ödəniş sisteminin yaradılması ilə, nüvə anlaşmasının qorunması vacibliyinə işarə edərək, demişdi ki, Amerikadan asılı olmadan Avropa maliyyə orqanı və yarımSWIFT sisteminin təsisi tamamilə qaçılmaz və zəruridir.

ABŞ prezidenti Donald Tramp Avropa ölkələri, eləcə də Çin və Rusiyanın müxalifətlərinə rəğmən, mayın 8-də nüvə anlaşmasından çıxdı.

ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra Avropa Birliyi və anlaşmanı imzalamış ölkələr bu anlaşmaya sadiq qaldıqlarını elan edərək, onun qorunmasını istədilər.

Tehran özünün nüvə anlaşmasında qalmasına lazım olan məsələni "Avropanın İranın nüvə anlaşmasındakı maraqlarına zəmanət üçün real addımlar atması" elan edibdir.

Teqlər