Sen 02, 2018 14:07 Asia/Baku
  • Almaniyada miqrant mövzusunda aksiya
    Almaniyada miqrant mövzusunda aksiya

Almaniya kanslerinin miqrasiya siyasətinin leh və əleyhinə olan minlərlə adam Zaksen vilayətinin Kemnits şəhərində yürüş keçirib.

FransPressin verdiyi məlumata görə, aksiya dünən bir almanın biçaqlanaraq qətlə yetirilməsindən mənşə alan irqçi qarşıdurmalardan sonra keçirilib. 

Polisin bildirdiyinə görə, 8 min insanın iştirakı ilə keçirilən aksiya dincliklə yekunlaşıb amma son anlarında müəyyən qarşıdurmalar müşahidə olunub. 

İfratçı sağçılar zorakı hücumların qurbanlarının iri fotolarını daşıyaraq bu hadisələrin səbəbkarının miqrantlar olduğunu iddia edirlər, bəziləri Almaniya bayraqlarını yelləndirərək " Merkel get" və " biz Almaniya xalqıyıq" şüharları səsləndirilblər. 

Aksiyalar Alman rəhbərlərin ötən həftə 35 yaşlı Almaniya vətəndaşının Kemnits şəhərində biçaqlanmasından sonraa bu hadisəni törətməkdə ittiham olunan bir iraqlı və bir suriyalını həbs etdiyini bildirməsindən sonra başlandı. 

Teqlər