Sen 04, 2018 21:28 Asia/Baku
  • İspaniya Ərəbistana bombalar satışı müqaviləsini ləğv edib
    İspaniya Ərəbistana bombalar satışı müqaviləsini ləğv edib

İspaniya dövləti Ərəbistanın yəmənli mülkilərə qarşı hücumları barədəki beynəlxalq nigarançılıqlar əsnasında Ərəbistana istiqamətləndirilən bombaların satışı üzrə müqaviləni ləğv edib.

İspaniya dövləti Ərəbistana 400 istiqamətləndirici lazer bombasının satışı barədəki müqaviləni bu bombalardan yəmənli mülkilərə qarşı istifadə olunması nigarançılığına görə ləğv edib.

Bu müqavilə 2015-ci ildə İspaniyanın sabiq mühafizəkar dövləti ilə Ərəbistan arasında bağlanıb, amma sol təmayülə malik İspaniyanın hazırkı dövləti bu müqaviləni ləğv edib.

Madrid Ərriyad tərəfindən ödənilmiş 9 milyon avronu səudlara qaytarmaq niyyətindədir.

Teqlər