Sen 06, 2018 13:57 Asia/Baku
  • Yaponiyada zəlzələ; 9 nəfər həyatını itirdi

Bu gün cümə axşamı səhər saatlarında Yaponiyada rixter şkalası ilə 6.7 bal gücündə zəlzələ baş verib. Hokkaydo adasında baş vermiş zəlzələ nəticəsində 9 nəfərin həyatını itirdiyi bildirilir.

Frans Press-in məlumatına görə, Yaponiya rəsmiləri günün ilk saatlarında Hokkaydo adasında rixter şkalası ilə 6.7 bal gücündə zəlzələnin baş verdiyini  bildiriblər. Zəlzələ nəticəsində 9 nəfərin öldüyü, 38 nəfərin itkin düşdüyü, 167 nəfərin isə xəsarət aldığı bildirilir. 

Zəlzələ həmçinin, Hokkaydo adasında ciddi dağıntılara da səbəb olub. 

Zəlzələ nəticəsində elektrik enerjisinin verilməsində də fasilələr yaranıb, milyonlarla insan işıqsız qalıb. 

Zəlzələdən zərərçəkənlərə yardım etmək üçün minlərlə xilasedici Hokkaydo adasına göndərilib. 

Yaponiya "Alov Halqası" adlı seysmik zonada yerləşir və davamlı olaraq güclü zəlzələlərə məruz qalır. 

Teqlər