Sen 12, 2018 14:53 Asia/Baku
  • Venesuelada Amerikaya qarşı aksiya
    Venesuelada Amerikaya qarşı aksiya

Venesuela hökumətinin tərəfdarlarından ibarət minlərlə adam Amerikanın bu ölkənin işlərinə müdaxiləsinə qarşı aksiya keçirib

Herald Tribun qəzetinin internet portalı bildirib ki, 
venesuelalı aksiyaçılar dünən Karakasda aksiya keçirərək Amerika imperializminin Venesuelada müdaxilələrini pisləyiblər. 

Aksiyada iştirak edən təsisçilər məclisinin sözçüsü Diosdado Cabilo bildirib ki, Venesuela xalqı silahlı hücumlar qarşısında öz ana yurdunu müdafiə etməyə hazırdır. 

Kabio deyib: Amerika ölkələrin hüdudlarını pozmağa alışıb. 

Amerika rəsmilərinin Venesuelada dövlət çevrilişi planı həyata keçirmək məqsədi ilə bu ölkə ordusunun bəzi zabitləri ilə gizli görüşlər təşkil etməsi xəbəri ifşa olunduqdan sonra Venesuela dövləti Amerikanın düşmən siyasətlərinə qarşı xalqı etiraz aksiyalarına çağırdı. 

Teqlər