Sen 12, 2018 20:23 Asia/Baku
  • Putin C.Koreya ilə əməkdaşlıqları vurğulayıb
    Putin C.Koreya ilə əməkdaşlıqları vurğulayıb

Rusiya prezidenti Cənubi Koreyanın baş naziri ilə görüşündə Moskvanın Seul ilə əməkdaşlıqlarının əhəmiyyətini vurğulayıb.

Yunhap xəbər agentliyinin verdiyi məlumata görə, Vladimir Putin bu gün Vladi Vestok şəhərində şərq iqtisadi birliyin konfransının kənarında Cənubi Koreyanın baş naziri Li Nak Yon ilə görüşündə deyib: C.Koreya Rusiyanın önəmli ortaqlarından biridir və Moskva bu ölkə ilə əlaqələrin inkişaf etdirilməsini müsbət qiymətləndirir. 

Putin iki ölkə arasında ticarət mübadilələrinin davamlı şəkildə artmaqda olması və iqtisadi əməkdaşlıqların genişlənməsindən razı qaldığını bildirərək deyib: İki ölkə araısnda ticarət mübadiləsinin həcmi ötən il 27 və cari ilin ilk 6 ayı üçün 8 faiz artıma malik olub. 

Teqlər